Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qazax - Cəfərli yolunda rayonun Xanlıqlar kəndinin ərazisində qeydə alınıb. Yüksək sürətlə idarə olunan Mersedes markalı avtomobil idaretmədən cıxaraq restoranın qarşısında dayanmış vəziyyətdə olan iki nəqliyyat vasitəsinə də ciddi ziyan yetirib. Nəticədə qəzanın təsirindən "VAZ 2109" və Azərişığa məxsus “UAZ” markalı maşın hadisə yerindən 10 metr kənara atılıb. Qəzanın əsas iştirakcısı olan Mersedes markalı avtomobildə sürücü sıxılaraq qaldığından əraziyə FHN-in xilasetmə qrupu hadisə yerinə cağrılıb. Toqquşma nəticəsində 3 nəfər xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Qazax rayon polis şöbəsinin əməkdaşları cəlb olunublar.
- Baxış: 478