Ağstafada, 1 saylı şəhər məktəbində bədbəxt hadisə baş verib. 2-ci dərsdən sonra tənəffüsə çıxan 15 yaşlı Fariz Qasımov sinif yoldaşları ilə məktəbin yeməkxanasına gedərkən qəfildən yıxılıb. Ətrafdakılar ona yardım etmək istəsələr də xeyri olmayıb. Məktəbə çağrılan təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Fariz Qasımovun ötən il məktəbli oğlanların hərbi xidmətə cağırış üçün həkim yoxlamasından keçərkən ürək qüsuru olduğu aşkarlanmışdı. Onun anasının da məhz ürək tutmasından ötən il dünyasını dəyişdiyi deyilir. Sinif yoldaşları dərsdən sonra onun oturduğu partaya şəklini və gül dəstələri qoyublar. Farizin məsuliyyətli və sakit təbiətli, eyni zamanda zarafatcıl biri olduğunu deyirlər.
- Baxış: 446