• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 807
— 29.09.2022 12:26

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla bir araya gəlib. Heydər Əliyev Park-Kompleksinin ərazisində açıq havada baş tutan görüşdə iştirak edənlər arasında şəhid ailələri və qazilər üstünlük təşkil edib. Müraciətlər işlə təminat, mənzil növbəsinə götürülmə, maddi yardımın göstərilməsi, subarteziyan quyusunun bərpası, çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması və digər məsələlərdən ibarət olub. Şəhər rəhbəri sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Problemlərin bir çoxu yerindəcə öz həllini tapıb.