• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 28.09.2022 16:42

Gəncədə “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı keçirilib. Kros qaçışı və gimnastika idman növləri üzrə təşkil edilən yarışda iştirakçılara uğurlar arzulanıb. Yarışlardan sonra qaliblər mükafatlandırılıb.
Həmid Nəsirov -
 Gənclər və İdman Baş İdarəsinin rəisi: Burada idmanın kros, turnik, tullanma və digər növləri üzrə hərəkətlər baş tutacaq. Bizim idmançılar öz güclərini sınayacaq. Və inanıram ki, digər orqanların da əməkdaşlığı ilə Gəncədə daha çox idman tədbirləri həyata keçirəcəyik.
Etibar Həsənov - Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri: Belə tədbirlər Respublikanın bir neçə şəhərində keçirilib və digər rayonlarda da, keçirilməsi nəzərdə tutulub. Tədbirlərimizdən biri də odur ki, bizim gənclərimiz cəmiyyətdə ləyaqətli bir vətəndaş kimi yetişsinlər. Vətənimizə, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etsinlər.