• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 27.09.2022 20:03

And yerimiz, qürur mənbəyimiz olan şəhidlərimiz

KepezTV Player

Qəhrəman ana, məğrur həyat yoldaşı və igid övlad. İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək adlarını şəhərn tarixinə yazdıran igidlərin qoyduqları ailə mirası. Hansı ki, şəhid davamçısı adını qürurla daşıyırlar, fəxr edirlər bu adla.

Neçə illərin həsrətinə, nisgilinə son qoyan, işğalda olan torpaqlarımızın azadlığı üçün silaha sarılan  igid oğullarımızdan biri də Nurlan Bağırov idi. İkinci Qarabağ müharibəsi başlıyanda  hərbi xidmətdə olan Nuraln ərazilərimizin bütövlüyü uğrunda döyüşlərə atılır. İlk günlərdən göstərdiyi igidilik, şücayət döyüş yoldaşlarında da ruh yüksəkliyi yaradır.  Nurlan Bağırov Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olaraq ali zirvəyə ucalır. İndi anası, qohumları, yaxınları igid Vətən oğlu ilə fəxr edirlər.

Məğrur həyat yoldaşı adını isə Leyli Abbasovaya şəhid Ceyhun Abbasov göstərdiyi qəhrəmanlıqla qazandırıb. 13 ilə yaxın orduda xidmət edən Ceyhun Abbasov snayper kimi vətən müharibəsində vuruşub. Sentyabırın 27-də Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə şücayət göstərib. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını təkbaşına məhv edən gizir qızğın gedən döyüşlərin birində canından artıq sevdiyi vətən uğrunda şəhadətə ucalır.

Öz atasının qəhrəmanlığı, igidliyi ilə fəxr edən digər şəhid övladı isə  Öznür Əşrəflidir. 39 nömrəli orta məktəbin beşinci sinfində oxuyan Öznür müddətdən artıq həqiqi hərbi xidmət edən Eltay Quliyevin oğludur. Atası Eltayın göstərdiyi igidliklə fəxr edən oğul kiçik ürəyi ilə atasının böyük qəhrəmanlığı qələmə alıb.

Bütün qəhrəman, igid şəhidlərimizin arzusu idi işğalda olan torpaqlarımızı azad görmək. Ərazi bütövlüyümüzü təmin etmək. İndi arzuları çin olub, özləri isə qəhrəman.

 

Elnur Vahidoğlu