• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 23.09.2022 09:44

Qazaxda üç uşağı ildırım vurub, biri ölüb

KepezTV Player

Qazaxda ildırım üç azyaşlını vurub, onlardan biri vəfat edib. Ölən azyaşlı 2011-ci il təvəllüdlü Osmanova Nuray Orxan qızıdır. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində Nurayın 4-cü sinifdə oxuyan bacısı Ayan Osmanova ilə yanaşı, ondan bir sinif yuxarıda oxuyan xalası qızı Əfsanə Məmmədzadə də xəsarət alıb. Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb. Ayan Osmanovanın müalicəsi isə Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Hər üç azyaşlı Qazaxın Birinci Şıxlı kənd orta məktəbin şagirdləri olub.