• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 21.09.2022 20:03

Heyvan cins və növlərinin kataloqu hazırlanıb

KepezTV Player

Respublikamızda heyvandarlıq üzrə uzun illər aparılan elmi tədqiqat və sınaq işlərinin nəticəsi olaraq cins və növlərinin genofond kataloqu hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan kataloqların Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda təqdimatı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşan “Yerli heyvan genefondunun növlərinin qorunması və saxlanması, şəcərə xətti üzrə qiymətləndirilməsi təlimatları” adlı təqdimatda 22 rayondan 100-dən artıq fermer və heyvan mütəxəsisi iştirak edib. Ərzaq təhlükəsizliyində önəmli sayılan heyvandarlıq sahəsi üzrə genofondun yaradılması ölkəmizə idxal olunmuş, genetik potensiallı, irsi dəyişkəni olmayan, təmiz qanlı heyvanlar haqqında məlumatları əksi olacaq. Həmçinin heyvanların regionlar üzrə ixtisaslaşması məshuldarlığın artırılmasına da töhfə olacaq.

Yenilik fermerlərə hər bir heyvan və aid olduğu cinsin bioloji xüsusiyyətləri, məhsuldarlığı haqqında məlumatlar əldə etməyə imkan verəcək.

2 iri buynuzlu heyvan, 14 qoyun, 2 at, 2 arı, 1 it və 15-dən artıq quş cinsi haqqında məlumatların əks olunduğu kataloq iştirakçılara təqdim edilib. Həmçinin Heyvandarlıq İnstitutunda elmi təcrübələrin nəticəsi olan  mələz heyvanlara baxış keçirilib, bu cinslər haqqında ətraflı məlumatlar verilib.

Elnur Vahidoğlu