• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 20.09.2022 20:26

Yaralı hərbçilərimiz yüksək səviyyədə müalicə olunurlar

KepezTV Player

Düşmənə layiqincə cavablar verilib və Azərbaycan xalqı bilməldir ki, sərhədlərimiz qəhrəman hərbçilərimiz tərəfindən şücayətlə müdafiə olunur. Bunu müzəffər ordumuzun  yaralı hərbiçiləri söyləyir. Hazırda müalicə müəssisələrində yüksək səviyyədə müalicə alan qəhrəman əsgər və zabitlərimiz müalicə prosesi başa çatdıqdan sonra yenidən uğrunda vuruşduqları torpaqlarımızı qorumağa hazır olduqlarını bildirirlər.

Səxavət Quliyev mayor: Ayın 14 günü saat 10 radələrində kor qəlpə yarası aldım. Saat 2-ə kimi döyüşü davam etdirdim Amma qan axma nəticəsində həkimlər məni səhra qospitalına təxliyyə etdilər. Hazırda səhətimdə heç bir problem yoxdur. İnşallah tezliklə sağlamlığımıza qovuşub xidməti yerlərimizə qayıdarıq.

2007-ci ildən hərbi xidmətə başlıyan mayor Səxavət Quliyev Gəncədə yerləşən hospitalda müalicə alır. Sentyabırın 12-14-ü tarixlərində düşmən təxribatının qarşısını alarkən hər iki ayağından, gözlərindən  və sağ əlindən  yaralanan qəhrəman zabitimiz ikinci Qarabağ müharibəsində də böyük şücayət göstərib. Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Qubadlı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə çiynindən yararlanıb. Hazırda Laçında N saylı hərbi hissədə xidmət edən qəhrəman zabitimiz Vətən üçün xidmətə hər zaman hazır olduğunu söyləyir.

Səxavət Quliyev mayor: Düşmən nəqədər təxribat xarakterli hücumlar etsələrdə bu həmişə 44 günlük müharibədə də indi də layiqincə cavablar verilir. Xalqımız bilməlidir sərhdələrimiz qəhrəman əsgərlərimiz tərəfindən müdafiə olunur. Heç bir şəkildə düşmənə bir qarış belə torpaq verməyəcəyik. Həkim kollektivi, tibb bacıları sağ olsunlar heç bir diqqəti bizdən əsirgəmirlər.

Emin Məmmədov gizir: Ayın 12-dən 13-nə keçən gecə düşmənin sərhəd boyu ərazilərdə törətdiyi təxribatlar nəticəsində atılan əl qumbarasından sağ lim və sağ qol nahiyyəmdən qəlpə yarası almışam. Gündəlik gəlib bir-bir bizimlə maraqlanırlar. Tibb işçilərimiz necə lazımdırsa bizə diqqət qayğı göstərirlər. Düşmən nəqədər təxribat törətsədə heç vaxt əzimimizi, qürurumuzu qıra bilmiyəcəkdir.

Eltəkin Həsənov gizir: Kəlbəcərin Yuxarı Zəylik kəndi və Göyçə Yuxarı Şorca kənd yolunun istiqamətində durmuşduq. Düşəminin səngərinə orada girdik. Sağ qaşımın üstü və sol gözümün altında qəlpə yarası almışam və sağ qulağım yaxşı eşitmir. Həkim heyyəti vaxtlıvaxtında dərman peraparatlarını verir və müalicəmiz gedir. İnşallah sağalandan sonra öz yerimə qayıtmağa hazıram.

Sentyabırın 12-14-də erməni təxribatının qarşısını alarkən yaralanan hərbi qulluqçular səhra tibb məntəqəsində ilkin tibbi yardım aldıqdan sonra müalicələrini davam etdirmək üçün qospitala köçürülüblər. Burada isə onlar hər cür tibbi xidmət göstərilir.

Samir Hüseynov Qospitalın ümumi cərrahiyyə bölməsinin baş ardinatırı:Təmin olunmuş daha müasir diaqnostiklər nəticəsində düzgün müayinələr olunmuş və yardımlar göstərilmişdi. Nəticədə hərbi qulluqçuların yaralarında ağırraşmalar olmamışdı. Onları daha tez hərbi hissələrinə xidmətlərinə geri qaytarmağa planlaşdırırıq. Heç bir problemimiz təminatla bağlı yoxdur.

Müalicə alan və reabilitasiya prosesi keçən hərbçilərin tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları üçün hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.

Elnur Vahidoğlu