• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 17.09.2022 13:24

Goranboyda şəkər çuğunduru daşıyan yük maşını aşıb

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon Muzdurlar kəndindən keçən hissəsində yük avtomobilinin təkəri partlayıb. Nəticədə avtomobil aşıb və daşıdığı tonlarla şəkər çuğunduru yola dağılaraq, magistralda avtomobillərin hərəkətini çətinləşdirib. Hadisə yerinə texnikalar cəlb edilib və yola dağılan çuğundur təmizlənib, aşan yük maşını ərazidən kənarlaşdırılıb və hərəkət bərpa edilib. Faktla bağlı araşdırma aparılır.