• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 16.09.2022 16:51

Nizamişünas alim ilə vida mərasimi keçirilib

KepezTV Player

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, həmçinin Nizami Gəncəvi ədəbi irsinin davamçısı “Şöhrət” ordenli alim Xəlil Yusifli 87 yaşında dünyasını dəyişib. Mərhum ilə vida mərasimi AMEA-nın gəncə bölməsində keçirilib. Tədbirdə çıxış edən rəsmilər Xəlil Yusiflinin həyat və elmi fəaliyyətinə nəzər salıb, göstərdiyi xidmətlərindən bəhs ediblər. Xəlil Yusifli ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olub, “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi” kimi monoqrafiyaları ərsəyə gətirib. Xəlil Yusifli Nizami Gəncəvi ədəbi irsinin davamçısı olub.