• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 15.09.2022 21:13

İlk dərslər "Qarabağ Azərbaycandır!" mövzusunda olub

KepezTV Player

Bu gün Azərbaycanda Bilik Günüdür. Gəncənin orta məktəblərində, kollec və universitetlərində də qapılar təhsilalanların üzlərinə açılıb. Təhsil müəssələri Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etdikdən sonra tədrisə başlayıblar.

Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimizin şəhid olması ilə əlaqədar Elm və Təhsil Nazirliyi Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.

Raminə  Məmmədova Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: 15 sentyabr biıik günü ilə əlaqədar olaraqa Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.  Belə ki, şagirdlər ümumi qaydada dərslərə başlayıblar. Gəncə şəhər regional təhsil idarəsinin tabelyiyində olan məktəblərində bu il 80 mindən çox şagird tədrisə başlayacaqdır.

Gəncə- Daşkəsən regional təhsil idarəsindən bildirilib ki, 2022-2023 tədris ilində regional böləmə üzrə ümumilikdə 7778 şagird birinci sinfə başlayıb. Gəncədə isə bu say 44 məktəb üzrə 40971 nəfər təşkil edir ki, onlardan 4172-si birinci siniflərdir.

İsa Məmmədov 1-ci sinif şagirdi: Bu gün mən 1ci sinfə başlayıram. Dərslərimi yaxşı oxuyacam. Böyüyəndə polis olacam.

Müzəffər Abbasov 1-ci sinif şagirdi: Mən dərslərimi yaxşı oxuyub böyüyəndə təyyarəçi olacam.

Aynur Tanrıverdiyeva müəllimə: Bu gün bizim körpə balalarımızın ilk günüdü. İlk dəfə məktəbə addım atırlar. Onların bu gün bilik günüdü. Amcaq biz bu günki günümüzü mövcud vəziyyətlə bağl olaraq bu günki gündə vətənpərvərlik mövzu ilə əlaqələndirib Qarabağ azərbaycandır mövsunu bu gün tədris edirik. Bizim körpələrimizi vətənpərvər ruhda böyütmək biz müəllimlərin valideyinlərin üzərinə düşən bir məsuliyyətdi.

Nərgiz Mehdiyeva müəllimə: Bu gün mən 15 sentyabr münasibətilə bütün valideyinləri şagirdləri təbrik edirəm. Bu günki birinci mövzumuz vətənpərvərlik mövzusu olubdu. Və ümid edirəm ki, sinifdə olan bütün oğlanlar da gələcəkdə vətənpərvər və gələcəyin gözəl əsgərləri olacaq.

Bu gün  orta ixtisas təhsili müəssələri ilə yanaşı ali təhsil ocaqlarının tələbələri üçün də ilk dərs günü başlayıb. Bu müəssələrdə də bilik günü təntənəli şəkildə qeyd edilməyib.

Raqif Hüseynov UTECA-nın Tədris şöbəsinin müdiri: Yeni tərsi ili münasibətilə bütün tələbələrimizi ürəkdən təbrik edrəm. Onu qeyd etmək istəyirəm ki, bu il bakalavr təhsil pilləsi üzrə   Azərbaycan texnologiya universitetinin  qəbul planının 99,3 faizi, magistr təhsil pilləsi üzrə isə 96,6 faizi dolmuşdur. Bu azərbaycan texnologiyauniversitetində son 30 ilin ən yüksək nəticəsi kimi hesab olunur. Universitetimizdə tədrisin təşkii yüksək səviyyədə təşkil edilmişdir. Fakultələrdə dəsr cədvəlləri asılmışdır. Və bu ikdə etibarən universitetimizdə dərslər əyani şəkildə tədris olunacaqdır.

Pünhan Adıgözəlov tələbə: 377 bal toplayaraq Azərbaycan Texnologiya Universitetinin İnformasiya Texnologiyaları fakultəsinə daxil olmuşam. əvvala bütün tələbələri təbrik edirəm. Bu gün də gəldik ilk dərs günü idi. Riyazoyyat, ədəbiyyat dərsində olduq. 1 dərs sora bitdi.

Gəncədə yerləşən 3 ali məktəbdən Gəncə dövlət universitetində 7000-dən, Azərbaycan Dövlət Aqrar universitetində 6500-dən çox, Azərbaycan Texnologiya universitetində isə 3000-dən artıq tələbə yeni tədris ilinə başlayıblar.