• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 15.09.2022 19:54

Xanımlar üçün sahibkarlıq kursları

KepezTV Player

Gəncədə gənc qızlar, evdar və tək yaşayan qadınlar üçün peşəyönümlü sənət dərnəkləri təşkil edilib. “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşır və ödənişsiz həyata keçirilən kurslar 3 peşə üzrə aparılır.

“Öyrənək və işləyək” adlı layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd gənc qızları ailə problemləri ilə üzləşmiş, sosial, iqtisadi çətinlikləri olan evdar və tək yaşayan qadınları peşəyönümü sənətə, kiçik biznesin  təşkili qaydalarına yiyələndirməklə ehtiyaclarının qarşılanmasına kömək etməkdir.

Türkan Rzayeva  iştirakçı: Dərzilik üzrə gəlmişəm. Bu sənəti öyrənib gələcəkdə inkişaf elətdirmək istəyirəm. Müəlliməmiz bizə hər tərəfli köməklik edir, ən incə detallara qədər öyrədir. Məqsədim odur ki, gələcəkdə dərzi kimi fəaliyyət göstərim, ailəmə köməyim olsun.

Mələk Məmmədova  iştirakçı: Bərbərlik sahəsinə çox böyük həvəsim var idi.  “Sahibkar Qadınlar” İctimai Birliyinin səhifəsində elanları gördüm və qeydiyyatdan keçdim. Dərs keyfiyyatı çox gözəldi və müəllimlərimiz ətraflı izah edirlər.

İki ay davam edəcək layihə müddətində peşəyönümü sənət olan dərzilik, bərbərlik , aşpazlıq və kulinariya öyrədiləcək.

Zenfira Ağayeva “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: Öz bizneslərini qura bilərlər, ailə sahibkarlğı ilə məşğul ola bilərlər. Öz ətrafındakılarına kömək edə bilərlər ki, ailələrini dolandırıb, kiçik bizneslərini qura bilərlər. İllərnən bizdə belə layihələr olub. Gənclərin sahibkarlığa cəlb olunması, gənclərin peşə təhsilinin keçirilməsi, evdar qadınların formal olaraq layihələrdə iştirakı, eyni zamanda iqtisadi biliklərin artırılması, hüquqi biliklərin artırılması çox önəmlidir.

Elnarə Ələkbərova layihənin koordinatoru: Layihəmiz başa çatdıqdan sonra kulinariya üzrə çalışan xanımlarımız gözəl əl işlərini hazırlayacaqdır. Dərzilik sahəsində çalışanlar onlara gözəl milli geyimlər hazırlayacaqdır. Bərbər sahəsi üzrə çalışan xanımlar isə onları bəzəyərək saçlarını düzəldəcəklər. Biz bunu sərgiləyəcəyik. Xanımlarımız bununla öz əl işlərini sərgiləmiş olacaqlar.

Hər qrupda 14 nəfərin iştirak etdiyi kursu bitirənlərə sertifkatlar veriləcək. İctimai Birlik tərəfindən BMT-nin layihəsi çərçivəsində doğma yurdlarından didərgn düşən gənc xanımlar üçün də peşə təhsili ilə bağlı kurslar keçiləcək.

Elnur Vahidoğlu