• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2213
— 15.09.2022 10:27

"Kəpəz-2" doğma meydanda xalsız qaldı

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü turun oyunları keçirilir. Bu tur “Kəpəz-2” doğma meydanda "Araz Naxçıvan" komandasını qəbul edib. Qarşılaşmadan öncə 12 və 13 sentyabr tarixlərində Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüşə gəlincə, gəncəlilər oyunda hesabı açan tərəf olublar. 14-cü dəqiqədə Nihat Fərəci komandasını önə keçirib. Ancaq bu mövsüm ilk 3 turda qalib gələrək uğurlu çıxışla diqqət çəkən Naxçıvan kollektivi cəmi 7 dəqiqə sonra status-kvonu bərpa edib. Qonaqlardan Fərid Kərimzadə hesaba tarazlıq gətirib. İkinci hissədə də 1 qol vuran Araz səfərdən evə 3 xalla dönüb. Ağ-qırmızıların qalibiyyət topunu isə De Saboa İv Lüsyen vurub.