• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 07.09.2022 12:25

Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz yenidən atəşə tutulub

KepezTV Player

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.