• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 02.09.2022 16:23

Əməkdar məşqçi Əli Hacıyevin 60 illik yubileyi qeyd edilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomçusu, "Şöhrət" ordenli, Əməkdar məşqçi, Fəxri Bədən tərbiyəsi və İdman işçisi, sambo üzrə SSRİ idman ustası Əli Hacıyevin 60 illik yubileyi qeyd olunub.  Görüşdə ölkəmizdə idmanın inkişafından, Azərbaycan idmançılarının dünyanın idman arenalarında qazandıqları nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, bu uğurların əldə olumasında Əli Hacıyevin də xüsusi xidmətləri var. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Əli Hacıyevi Gəncə şəhərinin ictimai həyatında və idman sahəsindəki səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edib.