• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 02.09.2022 12:23

Prezident İtaliya Respublikası Nazirlər Şurasının Sədri ilə görüşüb

KepezTV Player

Romada Azərbaycannın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib. Sonra Prezident yeni binada yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə də tanış olub.

Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Sənədlərin mübadiləsindən sonra Prezident İlham Əliyev çıxış edib.