• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 30.08.2022 20:27

BMT-də akkreditasiya olunmuş jurnalistlər erməni terrorunun izləri ilə tanış olublar

KepezTV Player

BMT-də akkreditasiya olunmuş jurnalistlər Gəncədə Ermənistan Silahlı Qüvvələrinin raket hücumu törətdiyi ərazidə erməni vəhşiliyinin izləri ilə tanış olublar. Şəhidlərin xatirəsi yad edilib. "Ermənilər terror aktları ilə məğlubiyyətlərinin heyfini çıxmaq istəyiblər, bu isə qəbuledilməzdir və burada yaşayan əhalini qorxutmur - deyə jurnalistlər bildirib. Qonaqlara həmçinin Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumat verilib, onların beynəlxalq hüquqa zidd olaraq döyüş meydanından kənarda dinc əhalini hədəfə aldığı diqqətə çatdırılıb. Jurnalistlər terror nəticəsində dağılmış ərazinin foto və videolarını lentə alıblar.