• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 20.08.2022 19:43

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi

KepezTV Player

Qazaxıstanın Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub. Estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub. Avqustun 23-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.