• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2378
— 15.08.2022 20:07

Rəsm müsabiqəsi başlayıb

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi münasibəti ilə istedadlı yeniyetmə və gənclər arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi start götürüb. Açıq havada Xan bağında baş tutan tədbirdə gənclər Qarabağın və işğaldan azad olunan ərazilərin zəngin abidələrini, memarlıq komplekslərini, gözoxşayan füsunkar təbiətini sulu və yağlı boya, eləcə də rəngli qələmlər vasitəsilə kağız üzərinə həkk etməyə çalışıblar. Mövzusuya uyğun təyin olunan müddətdə çəkilən rəsmlər növbəti mərhələdə qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcək.