• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 15.08.2022 20:00

“Tarla günü" baş tutub

KepezTV Player

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Samux rayonunda “TARLA GÜNÜ” keçirilib.  Görüşdə rəsmilər, günəbaxan istehsalçıları, aqronomlar və gənclər iştirak ediblər. Tədbirdə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd əhalisinin güzəranının yaxşılaşdırılması, innovativ layihələr haqqında yeniliklər, əkilmiş sertifikatlı toxum sortları ilə digər günəbaxan sortları arasında real fərqlər müzakirə edilib, mütəxəssislər tərəfindən fermerlərin sualları cavablandırılıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Gəncə Regional Aqrar Təlim Mərkəzinin nümayiş sahəsinə baxış keçirilib, burada becərilən günəbaxan sortlarının müqayisəsi üzrə müzakirələr və fikir mübadiləsi aparılıb.