• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 11.08.2022 11:28

Whatsapp-da telefon nömrəsini gizlətmək imkanı olacaq

Yaxın gələcəkdə Whatsapp-ın Android versiyasında istifadəyə veriləcək yeni funksiya barəsində məlumat verilib. Söhbət, istifadəçilərin öz telefon nömrələrini digərlərindən gizlədə bilmək funksiyasından gedir. Məlumata əsasən hal hazırda sözügedən funksiya hazırlanma mərhələsindədir. Onun nəticədə hamı üçün aktiv olub-olmayacağı bilinmir. Yeni funksiyanın özü isə Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edilib. Məlumata əsasən yaxın zamanda messencerin Android versiyasındakı istifadəçilər ayrı-ayrı qruplarda öz telefon nömrələrini digərlərindən gizlədə biləcəklər. Standart olaraq bu funksiya deaktivdir və o, yalnız Communities iştirakçılarını əhatə edəcək.

Communities-ə daxil olmuş istifadəçinin telefon nömrəsi avtomatik olaraq gizlədilmiş olacaq. Lakin istifadəçi Communities çərçivəsində bu və ya digər qrupa daxil olandan sonra o öz itəyinə uyğun olaraq telefon nömrəsini daxil olduğu qrup üzvləri üçün görünən edə biləcək. Təqdim edilmiş screenshot foto bu funksiyanın qrup çatları ayarlarında necə görünəcəyini sərgiləyir. Communities-dən kənarda bu cür funksiya aktiv deyil. Bunun müəyyən müddətlik və ya həmişəlik belə olacağı da bilinmir. Qeyd etmək lazımdır ki, Telegram kimi messencerlər artıq uzun müddətdir ki, istifadəçilərə öz telefon nömrələrini gizlədə bilmək imkanını təqdim edirlər.