• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 09.08.2022 20:29

Kolleclərə ixtisas seçiminə kömək etmək üçün məsləhət mərkəzləri yaradılıb

KepezTV Player

Ümumi 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə başlanılıb.Gəncədə də orta ixtisas təhsili müəssisələrinə  ixtisas seçiminə kömək etmək üçün abuturiyentlər üçün məsləhət mərkəzləri yaradılıb. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar isə DİM tərəfindən “Abituriyent” jurnalının 3-cü sayında da dərc olunub.

Ruzi Abdullayev abituriyent: Gəncə şəhər 28 nömrəli orta məktəbin 9-cu sinifində oxuyuram. İmtahanda 67 bal toplamışam. İndidə ixtisas seçiminə gəlmişəm.

Son tədris ilində 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərdən biri də Ruzi Abdullayevdir. Baytar həkimi ixtisasında oxumaq istiyən Abdullayev ixtisas seçimində kömək üçün Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinə müraciət edib. Burada abituriyentlərə ixtisas seçiminə yardımçı olmaq üçün 3 məsləhət mərkəzi yaradılıb. Bölmənin əməkdaşları müraciət edənlərə seçim etməkdə yaxından köməklik edirlər.

Günel Mustafayeva abituriyent:21 nömrəli tam orta məktəbi bitirmişəm. 107.9 bal toplamışam. Gəncə Regional Kollecdə baytarlıq ixtisasını oxumaq istəyirəm. Bölgələrdən Tovuzu, Qazax bir də Mingəçeviri seçmişəm.

Əminə Ertop  abituriyent: Samux rayon Qarayer qəsəbə 1 nömrəli orta məktəbi bitirmişəm. İxtisas seçiminə görə gəlmişəm. İxtisas seçimi çox rahat keçdi. Gəncə Regional Kollecin dizayn fakültəsini istəyirəm.

Şərifə Qəhrəmanova valideyin:Nəvəm üçün gəlmişəm. Onu heç bir müəllim yanına hazırlığa da qoymamışam, özü oxuyub. Qəbul olub indi də ixtisas seçiminə gəlmişik. Çox şəffaf keçir.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını müvafiq internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçiminə qəbul imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə 20-dən, riyaziyyat fənni üzrə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir. Abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəsimi Məmmədov Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri: Abuturiyentlər qəbul olduqları ixtisaslardan imtina edirlər. Çox istərdik və xahiş edərdik ki, abuturiyentlər həmin ixtisaslarda oxumaq istəmirlərsə mütləq onu seçib təstiq etməsinlər. DİM tərəfindən ixtisas eçimi üçün lazımı şərait yaradılıbdır. Abuturiyentlər üçün jurnallar nəşr edilibdir. DİM-in Regional bölmələrində açıq qapı günləri keçirilir. İxtisas seçimində abuturiyentlər köməklik göstərilir. İxtisas seçimi başa çatıb, ümumi nəticələr elan olunduqdan sonra abuturiyentlər lazım olan sənədləri qəbul olduqları orta ixtisas məktəblərinə təqdim etməlidirlər.

9 illik orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 17-dək internet vasitəsilə həyata keçiriləcək.

Elnur Vahidoğlu