• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 08.08.2022 18:34

"Qarabağ" Macarıstana yola düşdü

KepezTV Player

"Qarabağ" "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanıb. Köhlən atları paytaxt Budapeştə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb. Komandanın zədəli futbolçuları kapitan Maksim Medvedev və Kevin Medina səfərə aparılmayıb. Öyun öncəsi Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Daha sonra isə matçın keçiriləcəyi Groupama Arenada komandanın media üçün açıq məşqi baş tutacaq. Avqustun 9-da oynanılacaq Ferentsvaroş - Qarabağ görüşü Bakı vaxtı ilə saat 22-də başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.