Gəncədə Avropa çempionatında və Beynəlxalq Qran-Pridə 1-ci yerə çıxan idmançılarla və onların məşqçiləri ilə görüş keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxış seriyasını davam etdirmələrini sevindirici adlandırıb. Şəhərin və ölkənin adının uğurları ilə yüksəklərə qaldıranların daim Gənclər və İdman Nazirliyi, Gəncə şəhər rəhbərliyi, həmçinin Baş İdarə tərəfindən diqqət mərkəzində saxlanıldığı, onlara dəstək olmağa çalışdıqlarını vurğulayıb. Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U-17 Avropa çempionatında 1-ci yerə çıxan Ziya Göyüşov və onun məşqçi-müəllimi Vüsal Qarayevə, həmçinin Paraatletika üzrə "Tunis Qran-Pri"sində nüvə itələmə növündə 1-ci yeri tutan Məhərrəm Qasımov və onun məşqçi-müəllimi Natik Əliyevə diplomlar, təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib. İdmançılar göstərilən diqqət və qayğıdan ruhlanaraq gələcəkdə daha da yüksək nəticələr əldə edəcəklərinə söz veriblər.
- Baxış: 560