• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 15.07.2022 18:08

Dini-siyasi cərəyanlara qarşı mübarizədən danışılıb

KepezTV Player

Gəncədə "Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib. Azərbaycan Texnologiya Universitetində baş tutan tədbir Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şöbəsi ilə birgə təşkil edilib. Müasir dövrdə dünyanın bir sıra dövlətlərinin terror və ekstremizmdən ciddi əziyyət çəkdiyi qabardılaraq bir sıra dövlətlər və beynəlxalq təşkilatların bölgədə və dünyada baş verən münaqişələrə ikili standartlarla yanaşdığı, prinsipial mövqe nümayiş etdirmədiyi vurğulanıb. Azərbaycan xalqının da tarixin müxtəlif mərhələlərində haqsızlıqlara, zülmə və terrora məruz qalandığından, onun ağrı-acısına və ağır nəticələrinə daha dərindən bələd olduğu diqqətə çatdırılıb. Eləcə də dini ekstremizm təhlükəsindən söz açılaraq radikal dini təriqətlərin geniş vüsət almaması üçün görülən işlər xatırladılıb. Ələxsus da gənclər, böyüməkdə olan nəslin etnik və dini münaqişəyə sürüklənməmsi üçün diqqətli olmağın vacibliyi önə çəkilib. Dini ekstremizmin qarşısının alınması, vətəndaşların zərərli xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində uğurla davam etdirilən tədbirlərdən söz açılıb.