• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 07.07.2022 16:20

Üzərindən mobil telefon aşkarlanan abituriyent imtahandan qovuldu

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Həmçinin III ixtisas qrupu üzrə abituriyentlər coğrafiya fənnindən imtahan veriblər. 13 şəhər və rayonda təşkil edilən proses Gəncədə 5 binada reallaşıb. İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 127 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda 1216 şagird iştirak edib. Üzərində mobil telefon aşkarlanan 1 nəfər, ümumi olaraq isə 3 şagird imtahandan xaric olunub.