• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 05.07.2022 20:30

Gəncə Dövlət Universitetində təlimlər keçirilib

KepezTV Player

Gəncə Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında təlim xidmətinin göstərilməsinə dair imzalanan əməkdaşlıq müqaviləsinə əsasən “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi” adlı təlim keçirilib. Agentliyin Təlim və Metodologiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimə 29 iyundan start verilib. Təlimdə kafedra müdirləri və univesritetdə olan 30 a yaxın kafedranın professor-müəllim heyəti iştirak ediblər. Təlimin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına, eləcə də inzibati və akademik heyətə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dair dəstək verməkdən ibarətdir.