• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 05.07.2022 11:22

Gəncə şəhər sakinlərində narkotik vasitə aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Natiq Rəhimov, Mahir Rzayev, Şaiq Eminov, Erkin Kazımov, İsgəndər Cabbarov, Vüsal Həsənli və Həsən Məmmədov saxlanılıb. Saxlanılan 7 nəfərin üzərinə baxış keçirilən zaman həmin şəxslərdən qanunsuz olaraq əldə edib saxladıqları “metamfetamin” və “heroin” aşkar olunaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı zəruri istintqa-əməliyyat tədbirləri davam etdirilir.