• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 30.06.2022 20:41

Sertifikatlaşmada iştirak edəcək müəllimlər üçün təlim keçirilir

KepezTV Player

Təhsil İnstitutunun İnsan Resursları mərkəzi tərəfindən Gəncə- Daşkəsən regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ibtidai sinif müəllimləri üçün sertifkatlaşma ilə bağlı təlim keçirilib. 400-ə yaxın pedaqoqun iştirak etdiyi təlimdə qiymətləndirmə və nümunə suallar izah edilir. Eyni zamanda sertifkatlaşma ilə bağlı məlumatlar təqdim edilir. Məqsəd müəllimlərin bilik və bacarığını artırmaq, yaxın günlərdə bu bölgələr üzər həmin müəllimlərin siyahıya alınması və elektron sistemə daxil edilməsi prosesinə dəstək və sertifkatlaşmanın test mərhələsinə hazırlamaqdır. Sertifkatlaşmanın qaydaları  Nazirlər kabineti tərəfindən təstiq edilib və test, müsahibə mərhələrindən ibarət olacaq. Test mərhələsində 60 sual təqdim ediləcək. İştirakçılar ən azı 30 suala cavab verməlidirlər. Müsahibədən də 40 sualdan 50 faizi keçmək lazımdır.

Nurlan İsmayılbəyli  Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru:Test və ya müsahibə mərhələsindən uğursuz olan şəxslər 1 il iş yeri saxlanmaqla öz fəaliyyətləini davam etdirirlər. Onların təkrar imtahan vermək imkanları yaradılacaq və imatahan verə biləcəkdir. Sertifkatlaşma isə müəllimlərin sonunci qiymətləndirmə nəticəsi olacaqdır. Bu əvvəlcə onların dərs yükü bölgülərinə təsir edəcəkdir. Növbəti mərhələdə isə onların təltiflərinə təqdim olunmasında, yerli və ya beynəlxalq tədbirlərdə iştirakına, vəzifələrdə irəli çəkilmə məsələlərinə təsir edəcəkdir.

Rahiyyə Qurbanova  müəllimə: Gələn qonaqların çıxışı onu göstərdi ki, doğrudan da sertifkasiya çox düzgün, sırf ibtidai sinif müəlliminin biliyinə uyğun olacaqdır. Bunlar bizi rahatlaşdırdı. Böyük həvəslə sertifkasiyyaya qoşulmağa sövq elədi.