• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2555
— 30.06.2022 20:32

UTECA-da məzun günü və yarmarkası keçirilib

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində məzun günü və yarmarkası təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada cari ilin məzunları ilə yanaşı əvvəlki ilin məzunları da iştirak ediblər.

Azərbaycan texnologiya universitetində “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası təşkil edilib. Yarmarkada Gəncə- Daşkəsən regionundan olan müəssisə və təşkilatlar iştirak ediblər. 1970- ci ildən fəaliyyət göstərən və müxtəlif sahələr üzrə kadr hazırlayan ali təhsil müəssəsi məzunlarının işlə təmin edilməsində maraqlıdır.

Aqil Eyvazov UTECA-nın rektorunun müşaviri: 50- ə yaxın müəssə və təşkilat biizm universitetin məzunlarına 200-dən çox vakant yer təklif edir. Məzunlarımızın hər birinin işlə təmin olunması bizim əsas prioritetlərindən biridir. Və biz bunu ən yüksək şəkildə yerinə yetirmək istəyirik. Bundan sonra biz əvvəlki illərin məzunlarnın da reyestrini aparırıq ki, tək indiki məzunlarımız yox, həm də əvvəlki məzunlarımızın da işlə təmin olunmsına dəstək verək.

Asəf Alıyev kredit mütəxəssisi: İş təklifi ilə bağlı burdayıq. Təşkilatımızı tərəfimizdən tanıtmağa çalışırıq. İş yerləri ilə tanış elədik bəziləri var ki, cv yazıb qoydular. Onların cv baxılacaq iş təklifi ilə bağlı filiala dəvət olunaraq onlardan seçəcəyik.

Tələbə və məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədlər veriblər. Təqdim edilən vakat yerlər nəzunların bitirdikləri ixtisaslarına uyğun olub.

Salman Qasımov  məzun: Qida mühəndisliyi fakultəsi. Turizm və otelçilik. Bu il qurtarıram. İxtisasım üzrə işləmək istəyirəm. Burda da cv yazdım. Işə götürərlər inşallah. Bütün məzunlara uğurlar arzulayıram.

Yarmarkadan sonra “Məzun–2022” buraxılış tədbiri də olub. Universitetin rektoru Akif Süleymanov məzunlara uğur, qətiyyət və əzm, öz üzərlərində daim çalışmağı arzulayaraq gələcək karyeralarında nailiyyətlər diləyib. Daha sonra məzunlar, eləcə də tədbirin fəxri qonaqları və keçmiş məzunlar çıxış ediblər. Tədbir konsert proqramı ilə davam edib.

Pərvin Abbasova məzun: İqtisadiyyat və idarəetmə fakultəsinin bznesin idarə edilməsi fakultəsinin məzunu olaram. Bu gün məzun olan bütün məzunları təbrik edirəm.

Nicat Nağıyev məzun: İstehlak mallarının ekspedizası və marketinqi tələbəsi, həmçinin tələbə gənclər təşkilatının sədriyəm. Bu il məzun oluram. Heç də universitetlə vidalaşmaq fikrim yoxdu. İnşallah masgistraturanı da bura verək fikrimdə var. Həmçinin mənlə birlikdə məzun olanlara uğurlar arzulayıram.

Bu il sayca 42-ci buraxılışı olan Azərbaycan Texnologiya Universitetini 615 bakalavr və 125 magistr  bitirir.