• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 22.06.2022 20:30

Niyazi Bayramov növbəti dəfə səyyar qəbul keçirib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 18 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları ,aidiyyəti qurumların rəhbərləri , şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər. Səyyar görüşdə vətəndaşlar onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlər içində işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi, su və kanalizasiya xəttinin çəkilməsi, sərnişindaşıma nəqliyyat vasitələrinin hərəkət xəttinin uzadılması, küçələrdə işıqlandırma sisteminin quraşdırılması və digər məsələlər üstünlük təşkil edib. İcra başçısı vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.