• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 18.06.2022 12:00

DİM işə qəbul olmaq istəyən şəxslərə müraciət edib

KepezTV Player

Mədəniyyət Nazirliyi DİM-lə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. Qəbul imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet saytında 18 iyul saat 09:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək. İyulun 17-də işə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 20 iyun saat 09:00-dan 7 iyul saat 17:00-dək həyata keçiriləcək.İmtahanlarda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.