• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 999
— 17.06.2022 12:10

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

KepezTV Player

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ordumuzun bölmələri adekvat cavab tədbirləri görüb.