• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 16.06.2022 20:37

"Kəpəz"in 1 nömrəli türkiyəli fanatı

KepezTV Player

Zeki Öztürk qardaş ölkə Türkiyənin Nizami yurdundakı rəsmi təmsilçisi olmasıyla bərabər, həm də çılğın futbol azarkeşidir. “Kəpəz”lə daim maraqlandığı deyən baş konsul komandanın premyer liqaya dönməsini eşidəndə daha çox sevinib. Sarı-göylərin elitada iştirakı ilə Gəncəyə yeni həyəcan, festival ab-havası gətirəcəyini söyləyən Zeki bəy, yüksək dəstədə çıxış etməyin bir çox üstünlüklərinin olduğunu ifadə edib.

Gəncəlilərə səslənən diplomat “Kəpəz”ə maliyyə dəstəyi göstərilməsini istəyib. Türk iş adamlarının kluba cəlb olmasına da toxunan Zeki Öztürk hələlik bu barədə yeniliyin olmadığını deyib.

Baş konsul Gəncə Futbol Akademiyasının tikilməsinə də münasibət bildirib. O, həyata keçirilən işləri uşaq futbolunun inkişafı baxımından yüksək qiymətləndirib.

Zeki Öztürkün arzularından biri də gələcəkdə “Kəpəz”in Gəncədə Türkiyə klublarından biri ilə yoldaşlıq görüşü keçirməsidir.