• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 16.06.2022 12:06

Ukrayna hərbi dəstəyin artırılmasını gözləyir

Birləşmiş Ştatların Ukraynaya 1 milyard dollarlıq yeni dəstək paketi xüsusilə Donbas regionu üçün vacibdir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. O,Brüsseldə keçirilən müdafiə nazirlərinin görüşündə dəstəyin artırılmasını gözlədiyini də vurğulayıb.

Volodimir Zelenski Ukrayna Prezidenti: Böyük Britaniyanın Baş naziri Boris Consonla müdafiə dəstəyi və iyun ayında keçiriləcək mühüm görüşlər öncəsi addımların əlaqələndirilməsi ilə bağlı danışıqlar apardıq. Ölkəmizə dəstəyinin daimi olacağına dair daha bir mesaj aldıq. Belə ki, Britaniya və Danimarka avqustda Kopenhagendə xüsusi donor konfransı elan ediblər.Birləşmiş Ştatlar Prezidenti Co Baydenlə də kontakt qurduq. O, artilleriya və müasir raket sistemlərini əhatə edən 1 milyard dollarlıq yeni dəstək paketi hazırladıqlarını bildirib. Bu dəstək xüsusilə Donbasdakı müdafiəmiz üçün vacibdir.