• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 16.06.2022 11:29

Sabit, dayanıqlı və inkişaf etmiş region üçün - Sülh

KepezTV Player

Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb. Bu fikri Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlət başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. Qlobal Bakı Forumunda aparılacaq müzakirələr və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Otuzillik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi. Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik.