• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 15.06.2022 12:19

Milli Qurtuluş Günü qeyd olunur

KepezTV Player

Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Düz 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Prezidentin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.