AMEA Gəncə Bölməsində böyük şair Əhməd Cavadın anadan olmasının 130 İlliyinə həsr olunan “Azərbaycanın istiqlal şairi Əhməd Cavad” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda “Əhməd Cavad yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatşünaslığında”, “Əhməd Cavadın poeziyası”, “Əhməd Cavadın ictimai-siyasi mühiti: Gəncə XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatının mərkəzi kimi”, “Əhməd Cavadın “Gəncəm hey!” şeiri Gəncə şəhərinin qəhrəmanlıq salnaməsidir” adlı məruzələr dinlənilib. Əhməd Cavadın Azərbaycan ədəbiyyatındakı yeri, mövqeyi, təkcə istiqlal və cumhuriyyət şairi olmaqla məhdudlaşmır. Eyni zamanda XX əsrin əvvəlində Azərbaycan şerinin dilini, ritmini, üslubunu dəyişən şairdir. Onun poeziyyasında Türkçülük, Milli düşüncə, Turançılıq ideyaları xüsusi yer tutur. Tədbirdə Əhməd Cavada həsr olunan kitab ətrafında müzakirələr aparılıb.
Bədirxan Əhmədli Ədəbiyyat İnstitutunun şöbə müdiri:Çox təəsüf ki, Əhməd Cavad represiya olunmuşdu. Əhməd Cavadın represiyası Azərbaycan milli düşüncəsinə vurulan çox böyük zərbə idi. Əhməd Cavad təkcə represiya olunmamışdı. Onun həyat yoldaşı Şüküriyyə xanımda represiya olunmuş, övladları uşaq evinə verilmişdi. Azərbaycan xalqı Əhməd Cavadın yaradıcılığını daim uca tutur. Onun əsərləri nəşr olunur. Xüsusi ilə müstəqillik dövründə onun yaradıcılığı yenidən nəşr olunur.
Əlimuxtar Muxtarov AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi: Bu elmi prkatik konfransın ən mühüm cəhətlərindən biri odur ki, AMEA-nın Gəncə bölməsi bir başa konfransda iştirak edən alimlərin məruzələrini, məqalələrini kitab halında nəşr edib. Kitabda iştirakçılara təqdim edilib.
- Baxış: 500