• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 30.05.2022 16:03

Şəhidin xatirəsi əbədiləşdirildi

KepezTV Player

Şəmkir rayonunun Çaparlı kəndində Vətən müharibəsində şəhidi Elbrus Hüseynovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Park-Abidə Kompleksi istifadəyə verilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edib. 44 günlük Vətən müharibəsində, döyüş meydanında xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədalətin zəfər çaldığını diqqətə çatdırıb. Şanlı Zəfər tarixini yazan Vətən oğullarının Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağı vurğulanıb. Çıxışlarda istər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan arzılıq ifadə olunub. Tədbirdə ölkə prezidentinin Sərəncamları ilə təltif olunan şəhid Hafiz Abdürrəhmanov və Vüsal Məmmədovun medalları ailə üzvlərinə təqdim olunub. Məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.