• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 23.05.2022 19:25

Azərbaycan hərbçiləri “Efes-2022”də praktiki atışları yerinə yetiriblər

KepezTV Player

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir. Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.Bundan başqa yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub. Beynəlxalq təlim iyunun 9-dək davam edəcək.