• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 21.05.2022 12:01

Bir gündə 11 nəfəri it dişlədi

KepezTV Player

Tovuzun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib. Təkcə 1 gün ərzində 11 nəfər kənd sakini itlərin hücumuna məruz qalaraq xəstəxanaya müraciət edib. Küçədə adam olmayanda itlər qapısı açıq olan həyətlərə də soxulur. Bunun nəticəsində bir neçə azyaşlı uşaq da itlərin hücumundan sonra xəsarətlər alanlar sırasında olub. Zərəçəkənlərin hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əlehinə vaksin vurulub. Lakin içərisində azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı xəsarətlərə görə orta ağır qiymətləndirilir.