• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 18.05.2022 12:47

Baş Qərargah: "Son sutkada 12 hücumun qarşısı alınıb"

KepezTV Player

“Son sutkada Donetsk və Luqansk istiqamətlərində Rusiya qoşunlarının 12 hücumu dəf edilib”. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, sözügedən istiqamətlərdə Rusiyanın 3 tankı, 3 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 7 avtomobil texnikası məhv edilib. Bundan başqa, qarşı tərəfin əməliyyat-taktiki səviyyəli 10 PUA-sı vurulub, 4 qanadlı raketi sırdan çıxarılıb. Döyüşlər nəticəsində bu günədək Rusiyanın 28 300 hərbçisi zərərsizləşdirilib. Bessarabiya istiqamətində Moldovanın Dnestryanı regionunda isə vəziyyət gərgin olaraq qalır. Rəsmi xəbərə görə, Qara və Azov dənizlərində Rusiya Qara dəniz Donanmasının gəmiləri kəşfiyyat və atəş dəstəyi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.