• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 18.05.2022 12:46

Rusiya ordusunun hücumları davam edir

KepezTV Player

Rusiya ordusu Ukraynanın şərq və cənub hissəsindəki uğursuz əməliyyatları kompensasiya etməyə çalışır.  Bunu Ukrayna Prezident Volodimir Zelenski deyib. O, qarşı tərəfin Lvov, Sumi və Çerniqov vilayətlərinə raket zərbələri endirdiyini, amma hücumların nəticəsiz olduğunu bildirib.  Volodimir Zelenski Azovstaldan təxliyə prosesini də şərh edib.

Volodimir Zelenski Ukrayna Prezidenti: Lvov, Sumi, Çerniqovdan əlavə, Luqansk vilayətinə hava zərbələri endirilib. Sərhədyanı rayonlarda xüsusi təxribatlar törədilir. Bu, təkcə gərginlik yaratmaq, ya da bizim gücümüzü sınamaq üçün deyil, bu, bir növ Rusiya ordusunun ölkəmizin şərq və cənubundakı uğursuzluqlarını kompensasiya etmək cəhdidir. Onlar hücum etməyə çalışdıqları ərazilərdə heç bir uğur nümayiş etdirə bilmirlər. Biz isə hava hücumundan müdafiə və təxribata qarşı tədbirlərimizi gücləndiririk. Təxliyə missiyasına gəlincə, işlər davam edir. Prosesə nüfuzlu beynəlxalq vasitəçilər cəlb olunub.