• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 17.05.2022 12:37

Məktəblilərin "Şuşa ili"nə töhfəsi

KepezTV Player

Gəncənin orta məktəblərində “Şuşa ili” ilə bağlı tədbirlər keçirilib. Şəhər Təhsil idarəsinin təşkilatçılığı ilə12 nömrəli məktəbdə “Şuşa biz qayıtdıq” adlı tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi təqdim edilib.Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsinin Vətən müharibəsinin taıeyini həll etdiyinə diqqət çəkilib. Bununla tarixə şanlı qələbə səhifəsi yazan Azərbaycan xalqının indi müzəffər dövlətin vətəndaşları olduğu vurğulanıb. "Şuşa ili" çərçivəsində reallaşan tədbirdə şagirdlər bədii hissə ilə çıxış ediblər.

10 nömrəli məktəbdə keçirillən “Qarabağın tacı Şuşa” adlı tədbirdə də Şuşanın hər bir azərbaycanlı üçün əziz olduğu dilə gətirilib. Şəhidlərin qan tökdüyü, qazilərin sağlamlığından olduğu, hərbçilərimizn sücaət göstərdiyi müharibədə qazanılan zəfərin yetişməkdə olan nəsil üçün örnək olduğu vurğulanıb. Tədbirdə məktəblilərin Şuşa ilə bağlı hazırladıqları səhnəcik nümayiş etdirilib, şerlər səsləndirib, mahnılar ifa ediblər. Azərbaycan və Türkiyə bayraqları ilə şəhidlərin şəkilləri olan köynəklərlə səhnəyə daxil olan şagirdlər alqışlarla qarşılanıb.