• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 16.05.2022 21:08

İlahiyyat İnstitutunun nümayəndələri məktəblilərlə görüşüb

KepezTV Player

Gəncədə Azərbaycan İlahiyyat İnistitutunun bir qrup müəlliminin orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşü keçirilib. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində olan İnistitutun yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə məktəblilər məlumatlandırılıb. Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradıldığı bildirilib. Ödənişsiz təhsil alan  tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilirlər. İnstitutda İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji və psixoloji tədqiq edən fənlərin də tədrisi təşkil olunur. Eyni zamanda, digər aparıcı dünya dinlərinin xristianlıq,  yəhudilik,  hinduizm, buddizmin eləcə də fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial humanitar elmlər də tədris olunur. İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Bu ali təhsil müəssisəsində tələbələr həmçinin ingilis, ərəb, klassik ibrani və fars dillərini öyrənmək imkanına malikdirlər. Tədbirdə Azərbaycan İlahiyyat İnistitutunun tanıtım video çarxı nümayişindən sonra şagirdlərin sualları cavablandırılıb.