• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 11.05.2022 16:17

Şuşa musiqiçilərinin fotoları fərqli şəkildə təqdim olunub

KepezTV Player

Gəncədə "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan "Rənglənmiş tarix" adlı sərgi keçirilib. Sərgi Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan sərgisində Şuşa musiqiçilərinə məxsus 25 ədəd ağ-qara fotoşəkil rəqəmsal üsullarla bərpa olunub və rənglənib. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Süleyman Ələsgərov kimi musiqiçilərin şəkilləri yer alıb.