• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 10.05.2022 16:23

Nizami yurdu - Heydər Əliyevə məhəbbətin mərkəz şəhəri

KepezTV Player

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq konfrans keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Ulu Öndərin Gəncədəki izləri” adlı konfrans dahi şəxsiyyətin abidəsini ziyarətlə başlayıb. Tədbirdə Heydər Əliyevlə  bilavasitə təmasda olan  bir qrup şəhər sakini ümumilli liderlə Gəncədə olan görüşlərindən söz açıblar. Konfransda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən sənədli film də nümayiş olunub. Tədbirin davamı olaraq Heydər Əliyev Mərkəzində YAP Gəncə şəhər təşkilatının veteran üzvləri ilə dəyirmi masa təşkil olunub. Görüşdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən, bununla yanaşı onun  layiqli davamçısı, prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs edilib.