• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 10.05.2022 10:38

Müasir Azərbaycanda Ulu Öndər Heydər Əliyevin irsindən danışılıb

KepezTV Player

Naftalan Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası şəhər təşkilatı ilə birgə dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi və müasir Azərbaycan” adlı konfrans keçirilib. Ümummilli Liderin abidəsini ziyarətlə başlayan tədbirdə Heydər Əliyev fəlsəfəsinin əsasını Vətənə sevgi, xalqa ehtiram, dövlətə sadiqlik təşkil etdiyi vurğulanıb. Bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edən fenomenin Azərbaycan dövlətini möhkəm təməllər üzərində qurduğuna diqqət çəkilib. Ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın dünya dövlətləri sırasında özünəməxsus layiqli yer tutduğu önə çəkilib. Heydər Əliyevin müəyyənləşdirdiyi xarici və daxili siyasət kursunun bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Tədbir “Göygöl” mahnı və rəqs ansamblının konsert  proqramlı ilə davam edib.