• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 07.05.2022 12:02

Kitab bayramı keçirilib

KepezTV Player

Gəncə Şəhər Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümünə həsr olunmuş Kitab bayramını keçirib. Tədbirdə şəhər ədəbi mühitinin nümayəndələri, fəal oxucular, kitabsevərlər, müəllim və şagirdlər həmçinin mədəniyyət işçiləri iştirak ediblər. 20-ci əsrin 70-ci illərindən başlayaraq mədəniyətin inkişafı Heydər Əliyevin adı ilə bağlı olduğu üçün bu bayram məhz ulu öndərin ildünümündə qeyd olunur. Ümumilli liderin kitabxana işinin yaxlışaşdırılması məqsədilə bir sıra fərman və sərancamlar imzaladığı xatırladılıb. Tədbirdə məktəblilər şeirlər, musiqilər səsləndirib, rəqslər ediblər.***

Samuxda reallaşan analoji tədbirdə də rayonun mütaliəyə maraq göstərən sakinləri iştirak ediblər. Mərkəzi kitabxanaya toplaşan kitab sevərlər ölkədə son illər ölkədə mütaliəyə marağın artdığı, yeni nəşrlər hesabına kitabxana fondunun zənginləşdiyi önə çəkilib. Tədbirdə rayonun şagirdləri və balaca fidanlar mahnılar ifa ediblər, şeirlər səsləndiriblər.