• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 06.05.2022 12:49

72 günlük müharibədə Ukraynanın təhlükəsizliyinə təminat

KepezTV Player

Ukraynada Rusiyanın hərbi müdaxiləsi davam edir. Rusiya ordusu şərq istiqamətində hücumu davam etdirsə də, şimal zonasında ciddi əməliyyatlar müşahidə edilmir. Döyüşlər Donetsk və Tavriya istiqamətlərində intensiv davam edir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, son sutkada Rusiya ordusunun 14 PUA və 1 təyyarəsi məhv edilib, Donetsk və Luqansk vilayətlərində 11 hücumunun qarşısı alınıb, Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub. Genişmiqyaslı əməliyyatların başlanğıcından bəri Rusiya qoşunları Ukrayna ərazisinə 2 014 raket atıb,Rusiyanın döyüş təyyarələri Ukrayna ərazisinə 2 682 dəfə uçub.Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 223 uşaq ölüb, 408 uşaq güllə və qəlpə yarası alıb. Bu arada Mariupol şəhərindən və şəhərdəki “Azovstal” zavodunun ərazisindən insanların çıxarılması üzrə növbəti təxliyə əməliyyatı keçirilərək təqribən 500 vətəndaş ərazidən çıxarılıb. Ukrayna Prezident Ofisinin məlumatında isə deyilir ki, Prezident Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə diplomatik masa arxasına oturmağa hazırdır. Amma müstəqillik, suverenlik və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu deyil. Əsas vəzifə müharibəni dayandırmaq və rus qoşunlarını müharibəyə qədərki yerlərinə geri qaytarmaqdır.ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Polşa, İtaliya kimi ölkələrin Ukraynanın təhlükəsizliyinə təminat vermək üçün hazır olduqlarını bildirən Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv olmasının tərəflərin maraqlarına uyğun hesab edib.